Sumqayıtda maşın qaçıran şəxs yaxalandı

31 Mart 2018 20:49 (UTC+04:00)

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, araşdırmalarla şəhər sakini Yavər Cahangirovun “Mercedes” markalı avtomobilinin 4-cü mikrorayon ərazisindən qaçırıldığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Xanlarov avtomobillə birgə saxlanılıb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.