AzNews.az xəbər verir ki, Suriyada "İranı dayandırmaq" əsnasında Amerika əsgərlərinin son dayanacağı olduğunu iddia edən Şahzadə Salman, yalnız bu şəkildə bölgədə İranın nüfuzunun artmasının önünə keçə biləcəyini ifadə edib. Salman, "ABŞ-ın Suriyada gücü bu ölkənin gələcəyində bir söz söyləməsinə imkan verəcək, ABŞ qoşunları uzun müddət olmasa belə, ən azından bir müüdət Suriyada qalmalıdır" deyə bildirib.
İranın "vəkil" polisləri və regional müttəfiqlərinin vasitəçiliyi ilə Beyrutdan Tehrana qədər Suriya və İraq üzərindən gücünü istifadə etməyə çalışdığını qeyd edən Salman, "Əgər Suriyadan əsgərlərinizi geri çəksəniz (İrana qarşı) bu nəzarət nöqtələrini itirərsiniz və bu koridor bölgədə bir çox şeyin yaşanmasına yol aça bilər" deyə əlavə edib.
Şahzadə Salman Suriya rejiminin gələcəyinə də münasibət bildirib:
"Bəşər Əsədin vəzifəsindən uzaqlaşdırılması artıq mümkün deyil. Ümid edirəm ki, Əsəd Tehranın kuklası olmaz. Bəşər Əsəd qalır. Amma, Əsədə sərf edənlərin iranlıların bu ölkədə hər istədiklərini edə bilməkləri ilə üst-üstə düşdüyünü sanmıram".