Evinə oğru girən Elariz - “Durub polisə verəsi deyildik ki…”

31 Mart 2018 23:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən müğənni bayram günü həyətindən bir sini yumurta və ərzaq məhsullarının oğurlandığını deyib:

“Bayram günü yaxşı bazarlıq etmişdim. Bizdə adət-ənənədir: hər il bütün qohum-əqrəbaya Novruz payı aparırıq. Yoldaşım qohumlara paylamaq üçün 200-ə yaxın yumurta boyamışdı. Bazarlığı maşına yığmaq üçün həyətə daşıdıq. Evə qalxıb düşəndə, gözümüzə inanmadıq: bütün zənbilləri oğurlamışdılar. Hər şey cəhənnəm, o boyanan yumurtalara heyfim gəldi: siniqarışıq aparmışdılar. Yoldaşım onlara iki gününü həsr etmişdi. Xeyli pul xərcləmişdim, oturduğumuz yerdə ziyana düşdük. Durub polisə verəsi deyildik ki…”