Qar uçqunu nəticəsində turistlər itkin düşüb

1 Aprel 2018 00:00 (UTC+04:00)

AzNews.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Rottu Oberwallis" radiosu məlumat yayıb.

Fişeralp kurortu yaxınlığında itkin düşənlərin axtarışlarına xilasedicilər cəlb olunub.

İlkin məlumatlara görə, 5 nəfərdən ibarət turist xizəkçilər itkin düşüb.

Kanton polisi Matias Folkenin sözlərinə görə, axtarış əməliyyatları hava şəraiti ilə əlaqədar çətinləşib.