Bakıda avtomobillərin toqquşması yanğına səbəb oldu - Yaralılar var

1 Aprel 2018 10:25 (UTC+04:00)

AzNews.az bu barədə FHN-in mətbuat xudmətinə istinadən xəbər verir ki,

Bakı şəhəri, Binəqədi rayonunda “VAZ” və “Mercedes“ markalı iki minik avtomobili toqquşub, nəticədə yanğın baş verib.

Yanğın zamanı “VAZ” markalı avtomobilin yanar hissələri yanmış, sürücü yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.