İbrahimoviçin debütü ilə möhtəşəm geri dönüş - Video

1 Aprel 2018 11:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məşhur İsveçli ulduz futbolçu Zlatan İbrahimoviçin debüt etdiyi matçda möhtəşəm geri dönüş qeydə alınıb.

Belə ki, matçın 60-cı dəqiqisinə qədər LA Galaksi klubu 0-3 hesabı ilə məğlub olurdu. Daha sonra isə İbrahimoviçin oyuna daxil olması nəticəni dəyişib.

" Qızıl oğlan" 2 qol vurmaqla dubl-a imza atıb və klubunun möhtəşəm qələbəsində pay sahibi olub.

Görüntüləri sizə təqdim edirik: