“Qoy, oğlumun toyunu yola verim...”-İ.Quliyeva

12 Mart 2013 12:16 (UTC+04:00)
Xalq artisti Nazpəri Dostəliyeva APA-ya müsahibəsində "Sənətdə yenicə addımlayan uşaqların birinə xalq artisti, birinə əməkdar artisti titulu verir. Bizim mədəniyyət nazirimiz hara baxır? Bəlkə İlhamə Quliyeva mədəniyyət naziridir? Prezident köməkçisidir? İlhamə prezidentimizin sərəncamı ilə ad almış xalq artistlərini təhqir edir" deyə həmkarı İlhamə Quliyevanı kəskin tənqid edib.

Xalq artisti İlhamə Quliyeva AzNews.az-a açıqlamasında Nazpəri Dostəliyevanın sözlərinin əhəmiyyətsiz hesab etdiyini dedi: "Nazpərinin cəfəngiyat söz-söhbətlərinə fikir vermirəm. Onun sözləri qətiyyən mənə maraqlı deyil. Başım elə qarışıqdır ki, yadıma heç kəs düşmür. Oğlumun toyuna hazırlaşıram. Qoy toyu yola verim, sonra bu məsələyə qayıdacayıq".

Bahar Rüstəmli
AzNews.az