Prezident seçkiləri neçə məntəqədə keçiriləcək?

1 Aprel 2018 17:35 (UTC+04:00)

AzNews.az Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, seçicilərin səs verməsi üçün 5426 daimi, 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək.

Ümumilikdə respublikada 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi seçicilərin səs verməsi üçün açıq olacaq.