Şamaxıda olan qəzadakıların kimliyi məlum oldu - Yenilənib

1 Aprel 2018 19:00 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı 1996-cı il təvəllüdlü Qobustan rayon Təklə kənd sakini Quliyev Elmar Eldəniz oğlu, 1996-cı il təvəllüdlü Qobustan rayon Təklə kənd sakini Alışov Samir Fuad oğlu, həmçinin Mustafayeva Pakizə Ədalət qızı və Şitayeva Tavat Mehman qızı xəsarət alıb.

Yaralılardan bir oğlan və iki qızın vəziyyəti ağırdır.

***

18:24

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Şamaxı-Pirqulu yolunun Məlhəm kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil dərəyə yuvarlanıb. Hadisə nəticəsində şəxsiyyəti hələlik müəyyənləşdirilməyən 4 nəfər xəsarət alıb.