AzNews.az İdmanxəbər-ə istinadən xəbər verir ki, bu sözləri "Kəpəz" - "Zirə" matçı sonrası ənənəvi mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yunis Hüseynov deyib.
- Roman Hüseynov əvəzlənərkən sanki sizdən narazı qaldı. Hiss etdiniz bunu?
- Xeyr, mən belə bir şey hiss etmədim. Fikrim də oyunda idi. Heç bir futbolçunun cürəti çatmaz mənə etiraz etməyə, o adamı heç vaxt bağışlamaram.
- Manqaladzenin sarı vərəqə aldığı epizoda necə şərh verərdiniz? Cəzalı duruma düşməsi oyun epizodu belə deyildi...
- Bu hərəkətinə görə, ona pul cəzası kəsəcəyik.