AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki,Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Paytaxtın Yasamal rayonunda inşa edilən 29 bindan 19-da tikinti işi tam başa çatıb. Həmin binalarda mənzillərin təmirinə başlanıb. Kompleksin bütün mənzilləri 2 növ təmir edilir. ''Təmir növü 1'' və ''təmir növü 2''. Bu təmir növləri yalnız dizayn və rəng seçimi ilə fərqlənir.
MİDA-nın mətbuat katibi Diana Dadaşovanın sözlərinə görə, bütün mənzillərin təmirində yüksək kefiyyətli yerli tikinti materiallarından istifadə edilməklə kefiyyətə də ciddi nəzarət edilir.
Agentliyinin əməkdaşları nümunə olaraq təmir edilən bir mənzildə bütün məişət avadanlıqlarını qoyaraq vətəndaşlara təqdim edir. Amma sakinlərə veriləcək mənzillərdə yalnız mətbəxt mebeli olacaq.
Diana Dadaşova onu da bildirdi ki, güzəştli sosial mənzillərlə bağlı 8 minə qədər vətəndaş müraciət edıb. Mənzillərin satışı elan edildikdən sonra vətəndaşlar şəxsi kabinetlərinə girərək istədikləri mənzili seçə biləcəklər.
Yasamal kopleksində evlərin bir çoxunda tikinti işləri yekunlaşıb. Yaşayış kompleksi yayda istifadəyə veriləcək.
Hövsan Kompleksində isə 3 min mənzilin tikintisi nəzərdə tutulub. Hazırda orda da tkinti işləri aparılır.
Videomaterialı sizə təqdim edirik: