Məqalədə 8 namizədin mübarizə apardığı seçimlərdə ən güclü liderin İlham Əliyev olduğu vurğulanıb. Qeyd edilib ki, Əliyev ölkənin ən güclü partiyası olan Yeni Azərbaycan Partiyasının sədridir. Qəzet həmçinin yazır:
- Oktyabr ayında planlaşdırılan seçkilər Prezident İlham Əliyevin qərarı ilə aprel ayına təyin olunub. Ölkəni yaxından izləyən mütəxəssislər Əliyevin seçkiləri aprel ayına təyin etməsini Azərbaycana yönələn təxribat cəhdlərinin həyata keçmədən uğursuzluğa düçar olması kimi qiymətləndirirlər. İlham Əliyevin seçimlərdən uğurla çıxacağı təqdirdə Azərbaycanın bölgədə güclənməyə davam edəcəyi bildirilir.
Rəy sorğularına böyük dəstək
Seçimlərə iki həftədən də az bir müddət qaldığı zamanda rəy sorğusu keçirən şirkətlər də İlham Əliyevin seçimlərin ən güclü namizədi olduğunu və seçimlərdən zəfərlə çıxacağını bildirir. ABŞ-ın araşdırma şirkəti olan "AJF&Associates Inc.-in" martın 28-də apardığı araşdırmaya görə, seçicilərin 82%-i İlham Əliyevi dəstəkləyir. Azərbaycana məxsus "Els" Müstəqil Araşdırmalar mərkəzinin rəy sorğularında insanların 84,1 %-i İlham Əliyevi prezident görmək istədiklərini bildiriblər.
İqtisadiyyatda nəhəng həmlə
Qəzet İlham Əliyevin 14 illik prezidentliyi dövründə Azərbaycanın iqtisadi və müdafiə sahələrində nəhəng addımlar atdığına diqqət çəkir. Qeyd olunur ki, son 14 ildə Azərbaycan iqtisadiyyatı 14 dəfə böyüyüb, işsizlik təxminən 50%-dən 5%-ə düşüb. Ölkəyə 231 milyard dollar investisiya qoyulub. Azərbaycan Mərkəzi Bankının ehtiyatları 23 dəfə artıb. 2 milyon nəfərin işləməsi təmin olunub. Əliyev dövründə Azərbaycan Bakıda iki mühüm beynəlxalq təşkilatçılığın öhdəsindən müvəffəqiyyətlə gələrək həm ölkənin modern tərəfini, həm də turizm potensialını bütün dünyaya göstərib.
Türkiyənin böyük dostu
Qəzet yazır ki, İlham Əliyev Türkiyənin beynəlxalq aləmdə ən böyük dostudur. Türkiyə-Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etməsinə önəm verən Əliyev, 2014-cü ildə ATƏT sammitində Türkiyəyə yönələn haqsız iddiaları səsləndirən Ermənistan prezidentinə "Türkiyə burada yoxdursa, mən varam" sözləriylə cavab vermişdi.

Qafqazın ən güclü ordusu
Məqalədə İlham Əliyev dövründə Azərbaycan ordusunun da müasir texnologiya ilə təmin olunaraq gücünü artırdığı qeyd edilir. 2016-cı ildə işğalçı Ermənistanın qəfil hücumuna cavb verən Azərbaycan ordusu düşməni geri çəkilməyə vadar edib və iki min hektarlıq ərazini işğaldan azad edib.
AzNews.az