Kraliça ictimaiyyət arasına çıxdı

12 Mart 2013 12:39 (UTC+04:00)



86 yaşlı kraliça Bukinqem sarayında İttifaq ölkələri günü münasibətilə verilən rəsmi nahara qatılıb.

Bir müddət əvvəl mədəsində narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilən kraliçanın çox yaxşı görünməsi diqqət çəkib.

Qeyd edək ki, Britaniya kraliçası xəstəliyi ilə əlaqədar ötən həftə Romaya səfəri də daxil olmaqla, bütün tədbirlərini təxirə salmalı olmuşdu.