Sınaq imtahanının nəticələri 3 günə elan olunacaq

2 Aprel 2018 12:57 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, doğru cavab etalonları ilə Mərkəzin saytında tanış olmaq mümkündür.

Qeyd olunub ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olacaq.