Karlovun qətli ilə bağlı yeni məqamlar üzə çıxdı

2 Aprel 2018 17:08 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, FETÖ lideri Fətullah Gülən ilə birlikdə Əmrə Uslu və Şerif Əli Tekalanın da aralarında olduğu 8 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Rusiyanın keçmiş səfiri Andrey Karlov, Mövlud Mərd Altıntaş tərəfindən 19 dekabr 2016-cı ildə sərgi zamanı öldürülmüşdü.

Ankara respublika prokuroru Adəm Akıncının apardığı araşdırmada önəmli məqamlar üzə çıxıb. Belə ki, sui-qəsdin FETÖ lideri Fətullah Gülənin göstərişi ilə gerçəkləşdirildiyi aydın olub və 8 nəfər haqqında həbs qərarı çıxarılıb.