Azərbaycanlı BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olundu

2 Aprel 2018 18:00 (UTC+04:00)

Şirkətdən AzNews.az-a verilən xəbərə görə, bu yeni vəzifədə E. İsmayılov BP-nin Avstraliyadakı bütün Apstrim (kəşfiyyat və hasilat) biznesinə rəhbərlik edəcək və BP-nin Asiya Sakit Okean regionu üzrə rəhbər qrupunun üzvü olacaq.

Qeyd edək ki, E. İsmayılov neft və qaz sənayesində 19 ildən artıq təcrübəyə malikdir. Bu müddət ərzində o BP-nin Bakı, Aberdin və London ofislərində müxtəlif vəzifələrdə çalışıb, bir sıra layihə və birgə müəssisələrlə bağlı işlərə və biznes danışıqlarına başçılıq edib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) E. İsmayılovun BP-nin regiondakı biznesinin uğuruna böyük töhfələr verib: “Bir peşəkar azərbaycanlı kadrın belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Emilə BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik”.