Lənkəranda 7 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi

2 Aprel 2018 18:14 (UTC+04:00)

AzNews.az Baş prokurorluğa istinadən xəbər verir ki, fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, martın 31-də saat 17:30 radələrində Lənkəranda baş vermiş qəza nəticəsində rayonun Ləj kəndinin bir ailənin üzvü olan 7 sakini həlak olub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.