Mingəçevirdə avtomobil qadın piyadaları vurdu - Yaralıların adları məlumdu

2 Aprel 2018 19:31 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Mingəçevir şəhərində avtomobilin vurduğu 4 piyada qadından 3-nün adı məlum olub.

Bunlar Fəridə Məmmədəli qızı Məmmədova, Tamara Alsemid qızı Qaradilova və Yeganə Ədalət qızı Qarayevadır.

Digər piyada isə ciddi xəsarət almadığı üçün xəstəxanaya müraciət etməyib.

Qeyd edək ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Hərəkətdə olan "Mercedes" markalı avtomobil 4 nəfər qadını vurub.