Qubada bədbəxt hadisə ölümlə nəticələndi

2 Aprel 2018 21:52 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

Təmir zamanı kənd sakini, 1966-cı il təvəllüdlü Xaləddin Kərimovun üzərinə maşın düşüb. O, Quba Mərkəzi Xəstəxanasına gətirilərkən yolda keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.