Qaxda bıçaqlanma hadisəsi oldu

2 Aprel 2018 22:04 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, bu gün günorta saat 15 radələrində rayonun Qapıçay kənd sakini 28 yaşlı Cəfər Xulis oğlu Veysalidze sol ayağının bud və baldır nahiyəsindən kəsilmiş-deşilmiş xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsinə daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı Cəfər Veysalidzenin bıçaqlanması məlum olub.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.