Trampın reytinqi yüksəlib

3 Aprel 2018 09:30 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tramp bunu Twitter-də yazıb.

"Aprelin 2-də aparılan rəy sorğuları nəticəsində ABŞ prezidenti seçicilərin təxminən 50%-i tərəfindən müsbət rəy alıb. Bu göstərici ilə o, keçmiş prezident Barak Obamanın eyni dövründəki nəticəsini geridə qoyub", - deyə Tramp "The Washington Examiner" jurnalından sitat gətirib.