AzNews.az xəbər verir ki, Bahar Muradova açıqlama verərək, məlumatın yalan olduğunu, bəzi saytların onun haqqında "1 aprel zarafatı" etdiyini deyib:
“Bəzi sensasiya axtaran saytlar haqqımda "1 aprel zarafatı" etmək istəmişlər. Amma nəyə görəsə, caşıb aprelin 3-də yaymışlar. Bax, buna zarafat yox, "dodaqqacdı" deyərlər”.
Qeyd edək ki, mətbuatda Milli Məclisin sədr müavini Bahar Muradovanın səhhətinin pisləşdiyi, paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilərək belindən əməliyyat olunduğu xəbəri yayılmışdı.
----------
10:48
Milli Məclisin sədr müavini Bahar Muradova əməliyyat olunub.
AzNews.az Unikal.org-a istinadən xəbər verir ki, xanım deputatın səhhəti qəfildən pisləşib və dərhal paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib. Onun belindən əməliyyat olunduğu bildirilir.
Qeyd edək ki,əməliyyatdan sonra xanım deputat evində müalicəsini davam etdirir, hazırda yeriyə bilmədiyi deyilir.
Bahar Muradovanın telfonuna cavab verən xanım deputatın səhhətinin normal olduğunu bildirib.