Kolumbiyada qeyri-adi olay

3 Aprel 2018 11:09 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Kolumbiyanın paytaxtı Boqotoda ciddi mühafizə olunan həbsxanadan iki məhkum qaçıb. Belə ki, məhkumlar həbsxana gözətçisinə içki içirdərək onun sərxoş olmasına səbəb olublar. Daha sonra onu aldadaraq həbsxanadan qaçıblar.

Qeyd edək ki, qaçanlardan biri 40 il həbs cəzasına məhkum edilmişdi. Polis onları axtarır.