Söyün Sadıqovu hara “sürgün” etdilər? - EKSKLÜZİV - Foto

12 Mart 2013 14:36 (UTC+04:00)


"Söyün Sadıqovun rəhbərlik etdiyi "Azerros" təşkilatı hazrıda Moskvanın düz mərkəzində, Kremlin bir addımlığında yerləşən daha dəbdəbəli ofisdə yerləşir. Bu ofis Azərbaycan əsilli generallardan birinə məxsusdur".

Bu barədə AzNews.az-a Moskvada təhsil alan həmyerlimiz Teymur Hüseynov bildirib. Onun dediyinə görə, yeni ofis "Krasnaya Presnya" küçəsi 24 ünvanında yerləşir. "Azerrosun" yerləşdiyi binada eyni zamanda Moskvanın məşhur "Detskiy mir" Ticarət Mərkəzi, "Elit" Biznes Mərkəzi və daha bir bank da yerləşir.

Məlumata görə, , həmin ofis Azərbaycan əsilli bir generala məxsusdur və onun Sadıqovla neçə illik dostluq münasibətləri var. Ofisin aylıq kirayə haqqına gəlincə isə mənbəmiz bununla bağlı da maraqlı məlumatlar verib: "Burada ofisin bir illik bir kvadratmetrinin icarə haqqı isə azı 5 min dollardır. "Azerros"un yerləşdiyi məkan isə ən müasir təhlükəsizlik avadanlıqları ilə qorunur. Güclü mühafizəsi var".

Qeyd edək ki, bir qədər əvvəl KİV-də Moskva Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşlarının Söyün Sadıqovu Xavskaya küçəsi, 26 ünvanında yerləşən ofisindən zorla çıxardığı barədə məlumat yayılıb. Sadıqov isə APA-ya açıqlamasında bildirib ki, Xavskaya küçəsində yerləşən binanın yarısı onun, yarısı isə Moskva hökumətinin əmlakı sayılır. Bu bina ətrafında isə neçə ildir məhkəmə çəkişməsi gedir.

Orxan
AzNews.az