Oxu.Az-ın məlumatına görə, ötən il dekabrın 4-də Masazır qəsəbəsində Vüsal Şıxəliyev bibisi, 1975-ci il təvəllüdlü Yeganə İmamverdiyevaya balta ilə çoxsaylı xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, bir gündən sonra keçinib. Şübhəli şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.
Tutulan Vüsal Şıxəliyev cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış aprelin 9-na təyin olunub.
AzNews.az