5000-dən çox azərbaycanlı xaricdə təhsil alır

12 Mart 2013 14:49 (UTC+04:00)


Təhsil Nazirliyindən verilən məlumata görə, 2012-ci ildə ikitərəfli razılaşmalar və müxtəlif ölkələrin Azərbaycan vətəndaşlarına ayırdığı təqaüdlər çərçivəsində gənclərimiz dövlət xətti ilə Türkiyə, Rusiya, Çin, Koreya, Misir, Çexiya və Slovakiyada müxtəlif pillələr üzrə təhsil almağa göndərilib. Göndərilən tələbə kontingentinin sayına görə isə Türkiyə və Rusiya üstünlük təşkil edir. Hazırda dövlət xətti ilə Türkiyə ali məktəblərində 445, Rusiya ali məktəblərində isə 242 azərbaycanlı gənc təhsil alır.
Müxtəlif ölkələrin Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində bu ölkələrin ali məktəblərinin bakalavr, mütəxəssis, magistr, doktorantura, tibbdə uzmanlıq və aspirantura səviyyələrində təhsil almaq üçün 719 nəfər Azərbaycan vətəndaşı göndərilib.

AzNews.az