Cəlilabadda azyaşlı uşaq bel ilə döyüldü

3 Aprel 2018 18:22 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki,hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhərin H.Aslanov küçəsində yaşayan, 2011-ci il təvəllüdlü Quliyev İbrahim Samid oğlu baş nahiyəsində bel ilə döyülərək baş və kürək nahiyələrindən ağır xəsarətlər alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.