AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, polis ABŞ-ın Kaliforniya ştatının San Bruno şəhərində yerləşən "YouTube" mərkəzində yaralanmış şəxslərin olduğunu bildirib. Atəş açan qadının 35-40 yaşlarında olduğu qeyd edilir. Onun atışmadan sonra intihar etdiyi bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
***
AzNews.az “Qafqazinfo”ya istinadla bildirir ki, xarici media Nasim Ağdam adlı qadının Cənubi Azərbaycandan olduğu və YouTube-da blogger fəaliyyəti ilə məşğul olduğunu yazır. Qeyd edək ki, adıçəkilən sosial şəbəkədə qadının çoxsaylı ingilis və Azərbaycan dillərində yayımlanan videoları var. Qadının atası İsmayıl Ağdam bildirib ki, şirkət YouTube-dakı videolarına görə pul ödəməkdən imtina etdiyi üçün qızı şirkətə qarşı aqressiv olub.