İbrahim Tatlısəs turizm biznesinə geri dönür

4 Aprel 2018 09:35 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, illərdir İzmirdə yaşayan İbrahim Tatlısəs İstanbulla əlaqəsinə son vermək və çox sevdiyi İzmirdə yaşamaq üçün İstanbuldakı şirkətinin mərkəzini satışa çıxarıb. Məşhur müğənni bina üçün 15 milyon dollar istəyir. O, bu pulla İzmirdə otel açmaq və turizm işinə geri dönməyi qərara alıb.