Boşanmaq istəyən xanımını zəhərlədi

4 Aprel 2018 11:16 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin İstanbul şəhərində 39 yaşlı kişi ondan boşanmaq istəyən 32 yaşlı xanımını zəhərləyib. Belə ki, səhər yatağından qalxan qadına əri içinə zəhər qatılan qəhvə verib. Qəhvəni içən qadının vəziyyəti ağırlaşıb və əri tərəfindən xəstəxanaya yerləşdirilib.

Qadın məhkəmədə ərinin onu zəhərlədiyini iddia edib. Məhkəmə isə dəlil yetərsizliyinə görə kişini sərbəst buraxıb.