Polad Bülbüloğlu xalq artistini belə təbrik etdi - Video

4 Aprel 2018 11:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 73 yaşlı Polad Bülbüloğlu xalq artisti Arif Babayevin 80 illik yubiley gecəsinə qatılıb. Səfir muğam ifaçısını təbrik edib:

“Bakıdayam. Dedilər belə bir gecə var. Sadəcə, hədiyyəni Moskvadan göndərəcəklər. Bu gün Sizi bütün Azərbaycan alqışlayır. Mən də fikirləşdim ki, ürəkdən gələn bir mahnı oxuyum. Çoxdandır ki, oxumuram, amma sizin üçün oxuyacam. Arif müəllim, bütün qarabağlıların, Azərbaycanın bir arzusu var. Sizin növbəti yubileyiniz Şuşada, Cıdır düzündə olsun və bir yerdə "Qarabağ şikəstəsi" oxuyaq”.

Bahar RÜSTƏMLİ
AzNews.az