Naibə Allahverdiyeva ərinin onu döyməsindən danışdı: “Məhkəməyə verəcəm!”

4 Aprel 2018 13:33 (UTC+04:00)

Aktrisa AzNews.az-a açıqlamasında bildirib ki, onun "vatsap" nömrəsindən şəxsi həyatı ilə bağlı məlumatları mətbuata çıxaran şəxsləri məhkəməyə verəcək:

“Vatsap” mənim özəl telefonumdadır və orada mənim şəxsi yazışmalarım var. Əgər kimsə bunu ələ keçirib yayırsa, cinayət məsuliyyəti daşıyır. O adamı məhkəməyə verəcəm. Kim neynir, özü bilər. Mənə maraqlı deyil, kim mənə toxunsa, onu məhkəməyə verəcəm”.

Aktrisa səhhətində problem olduğunu deyib: “Mən əsəbləri xarab adamam, xəstəxanadan təzə gəlmişəm, xahiş edirəm, artıq suallar verməyin. Səhhətim yaxşı deyil. Bir də ki, yaxsı edirəm, bu, mənim həyatımdır! Kimə ixtiyar veriblər ki, mənim həyatıma qarışsın? Hər kəs öz həyatını yaşasın”.

Qeyd edək ki, “yenicag.az” saytı əməkdar artist Naibə Allahverdiyevanın həyat yoldaşı ilə "vatsap" yazışmalarını ələ keçirib. Yazışmalarda aktrisanın əri tərəfindən ölümlə hədələndiyi qeyd olunub: “Novxanı yolunda, qaranlıq yerdə maşını saxlayıb, başıma-başıma döydü ki, məndən ayrılsan, səni öldürəcəm. O, əsl manyakdı, psixdi”.

Bahar RÜSTƏMLİ
AzNews.az