Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olundu

4 Aprel 2018 13:09 (UTC+04:00)

"Report" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyevmüvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə xəstəxananın Poliklinika şöbəsinin müdiri Hüseyn Şahmalıyev təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

AzNews.az