Türkiyə-Rusiya-İran arasında üçtərəfli görüş keçirilib - Yenilənib

4 Aprel 2018 17:10 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Menbic başda olmaqla PYD/YPG-nin nəzarətindəki bütün bölgələrdə təhlükəsizliyi təmin edənə qədər dayanmayacağıq. O əlavə edib ki, terorçulardan təmizlənmiş ərazilərdə abadlıq işləri də aparılır və yaşayış üçün uyğun vəziyyətə gətirilir.

İran prezidenti Həsən Ruhani bildirib ki, terrorçulara bəzi ölkələr təlim keçib. ABŞ isə terrorçuları bəsləyib və onları əlində alət etmək istəyib. İran prezidenti daha sonra bildirib ki, heç bir ölkə Suriyanın gələcəyi ilə bağlı qərar verə bilməz. Suriyanın gələcəyi ilə bağlı yalnız Suriya xalqı qərar verə bilər.

Rusiya lideri Vladimir Putin isə "İŞİD Suriyada ciddi məğlubiyyətə uğrayıb. Bəziləri isə Suriyanı parçalamağa çalışır", deyib. Putin qeyd edib ki, Rusiya, Türkiyə və İran bir daha Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Bizim ortaq qərarımız Suriyanın suverenliyinin və ərazi bütövlüyünün saxlanılmasıdır.

***

14:39

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı keçirilən Suriya ilə bağlı üçtərəfli görüş başlayıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, üçtərəfli görüşdən əvvəl liderlər arasında ikitərəfli görüşlər keçirilib. Birinci görüş Ərdoğan və Ruhani, ikinci görüş isə Putin və Ruhani arasında olub.

Üçtərəfli görüşdən əvvəl liderlər əl sıxaraq şəkil çəkdiriblər.