Bakı metrosunda yenilik - “Telefonlarınızı enerji ilə doldurmaq olacaq”

4 Aprel 2018 15:44 (UTC+04:00)

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a məlumat verib ki, artıq qatar depodadır.

Nəsimi Paşayev bildirib ki, Rusiyadan gələn mütəxəssislər yerli mütəxəssislərlə birgə qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar: "Bəzi avadanlıqlar quraşdırılmalıdır, daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq. Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha da komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq olacaq".