“Məşğulluq haqqında” yeni qanun layihəsi hazırlanıb

4 Aprel 2018 16:29 (UTC+04:00)

APA-nın məlumatına görə, qanun layihəsində məşğulluqla bağlı bütün tələb və qaydalar yeni formada təsbit olunub.

Qanun layihəsi aprelin 6-də Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan eyni adlı qanun 2001-ci ildə qəbul olunub.

AzNews.az