AzTU-dan APA-ya verilən məlumata görə, S. Namazov 1994-cü ildə Azərbaycan Texniki Universitetini “fərqlənmə” diplomu ilə bitirdikdən sonra AzTU-da aspirantura təhsili alaraq Almaniyanın Aaxen Texniki Universitetində (RWTH Aachen) dinləyici-tədqiqatçı olub.
2007-ci ildən texnika elmləri doktoru, 2010-cu ildən isə professor olan S. Namazov hazırkı təyinatına qədər AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri vəzifəsində çalışıb.
AzNews.az