“Qarabağ” “İlin komandası” seçildi - Fotolar

4 Aprel 2018 23:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki,namizədlərin sırasında “Qarabağ” klubunun adı da olub.

Azərbaycan təmsilçisi tədbirdə “Jüri” xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubun vitse-prezidenti Tahir Gözələ Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib.

Birinciliyi isə “Fənərbaxça” klubunun basketbol komandası qazanıb.

Qeyd edək ki, sözügedən tədbirdə “Qarabağ”ı prezident Tahir Gözəl, icraçı-direktor Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov təmsil edib.