2 piyadanı maşın vurdu

5 Aprel 2018 08:57 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Arbatan kəndi ərazisində qeydə alınıb.

Arbatan kənd sakini,1981-ci il təvəllüdlü Fərzalı Aslan oğlu Fərəcov idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən rayon sakinləri, 1950-ci il təvəllüdlü Əsgərova Kəmalə Aslan qızı və 1969-cu il təvəllüdlü Əhədova Şərqiyyə Nazim qızını vurub. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

AzNews.az