Stoltenberq NATO-nun gücləndirilməsinə söz verdi

5 Aprel 2018 09:46 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Stoltenberq bunu Kanadaya səfər zamanı açıqlayıb.

"Son bir neçə il ərzində dünya daha çox qeyri-sabit məkana çevrilib. NATO buna qətiyyətlə reaksiya verib", deyə Stoltenberq vurğulayıb.

İttifaqın baş katibi əlavə edib ki, NATO-nun sərhədlərindən kənarda sabitliyin təmin edilməsi və terrorizmlə mübarizə vacibdir.