Əsəbiləşən gənc özünü öldürmək istədi

5 Aprel 2018 09:43 (UTC+04:00)

"Report"un yerli bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Şahgəldiyev Səbuhu Nurəddin oğlu yaşadığı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yaxınlarına əsəbləşərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

Yaralı kəsilmiş ağır yaralarla Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az