“El

12 Mart 2013 15:55 (UTC+04:00)



Bu gün "El" Hərəkatının Təşəbbüs Qrupu yaradılıb və Eldar Naamzov onun sədri seçilib.

Təşəbbüs Qrupuna Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev, Maşallah Allahverdiyev və digərləri daxildirlər.

Təqdimat mərasimində bildirilib ki, "El" Hərəkatının Bakı, Sumqayıt, Gəncə şəhərləri daxil olmaqla Azərbaycanın 35 şəhər və rayonunda təşəbbüs qrupları yaradılıb.

Təqdimat mərasiminə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan, Pəhan Hüseyn, Azərbaycan İslam partiyasının sədr müavini Rövşən Əhmədiv və eləcə də Ziyalılar Forumunun üzvləri iştirak ediblər.


Hərəkatın rəhbəri Eldar Namazov isə bildirib ki, artıq 30-a yaxın rayonda hərəkatın Təşəbbüs Qrupu yaradılıb. Təşkilatda tanınmlış ağsaqqallar, siyasətçilər, ictimai xadimlər, həmçinin QHT nümayəndələri təmsil olunurlar. E.Namazov onu da vurğulayıb ki, demokratik qüvvələr seçki ilində vahid mövqedən çıxış etməsələr, ölkədə vəziyyət həddən pis olacaq və sonradan düzəltmək çətinləşəcək.

Ağsaqqal Nürəddin Mustafayev qeyd edib ki, El hərəkatı ölkədə fəaliyyət göstərən siyasi partiyalara alternativ yox, müttəfiqdir: "Demokratik secki mühiti yaradaraq seçkiyə getməliyik. Ancaq ayını kəsmədən dərisini bölməyə hazırlaşmışıq. Mübarizəyə vahid namizədlə getməliyik".

AXCP sədri Əli Kərimli El hərəkatının elan olunmasının sevindirici olduğunu deyib: "Burada ən mühüm amil siyasi müttəfiqliyin gündəmə gətirilməsidir. 6 ay əvvəl hər kəs ayrı-ayrı fikir irəli sürürdüsə, indi hamı eyni fikirdədir. Ölkədə demokratik seçki mühitinin yaradılmasına nail olmaq əsas hədəfimizdir.Bu sahədə məsuliyyətin böyük bir hissəsini öz üzərlərinə götürüblər. Ancaq bu doğru olmaz".

Müsavat başqanı İsa Qəmbər: "Azərbaycan dəyişiklik ərəfəsindədir. Sadəcə olaraq biz bu prosesi sürətləndirməliyik".

Seçkidə kimin namizəd olacağından asılı olmayaraq bütün siyasi qüvvələr həmin şəxsi dəstəklamali oldiğunu söyləyən Müsavat başqanı deyib ki, bütün siyasi qurumlarla birgə mübarizələrini davam etdirəcəklər.

Gültəkin
AzNews.az