AzNews.az xəbər verir ki, ATV telekanalında canlı yayımlanan "BizimləSən" verilişində qəflətən sənətçinin halı pisləşib. Müğənni “öz uşaqlarım, bacım uşaqları üçün qorxdum. Mən hələ yaşamalıyam” - deyə hönkürtü ilə ağlayıb. Bir müddətdən sonra özünə gələn müğənni studiyanı tərk edib.
Nüşabə Ələsgərli AzNews.az-a açıqlamasında qəfildən təzyiqinin düşdüyünü deyib: “Bir anın içində az qala ölmüşdüm. Təzyiqim düşdü. Hazırda yaxşıyam”.
Bahar RÜSTƏMLİ
AzNews.az