Əziz Orucov azadlığa buraxıldı

5 Aprel 2018 11:52 (UTC+04:00)

Vəkili Cavad Cavadov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Orucovun ittiham edildiyi qanunsuz sahibkarlıq (192-ci maddə) maddəsinə xitam verilib və bu epizod üzrə günahı olmadığı bildirilib.

Cinayət Məcəlləsinin 308-2-ci maddəsi üzrə ittiham 308.1-ci bəndə tövsif edilib. Ə.Orucova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Ə.Orucov özü prosesdə iştirak etməyib, yaxın saatlarda saxlanıldığı təcridxanadan azadlığa buraxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

AzNews.az