Elşad Abdullayevdən daha bir şok VİDEO

12 Mart 2013 16:17 (UTC+04:00)

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin ölkə başçısı İlham Əliyevə yazdığı və surətini "Azadlıq" qəzetinə göndərdiyi məktubdan oxucularımızın artıq xəbər tutmaq imkanı olub. Sabiq rektordan "Azadlıq"a göndərilən isə təkcə bu məktub deyil. O, redaksiyamıza yeni videoçəkiliş də göndərib.
Elşad Abdullayevin bu dəfə göndərdiyi videoda onun MTN əməkdaşı Rəsul Rəsulovla söhbəti əksini tapır. Kadrlar 28 fevral 2009-cu ildə qeydə alınıb. Söhbət zamanı E.Abdullayev qardaşı Mahir Abdullayevin geri qaytarılması və digər vədlərlə ondan pul almış şəxslərlə bağlı materailları və videodiskləri R.Rəsulova təqdim edir. Sonda isə R.Rəsulova E.Abdullayevə ondan nələri təhvil aldığına dair öz dəst-xətti ilə yazıb imzaladığı sənəd verir.
E.Abdullayev videonu müşaiyət edən arayışında qeyd edir ki, R.Rəsulov M.Abdullayevin işi üzrə ötən ilin oktyabrında yaradılan Müstəqil İstintaq Komissiyasının üzvüdür.