Gürcüstanda matəm elan olundu - Foto

5 Aprel 2018 19:10 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar bu gün səhər saatlarında Tkibulidə kömür mədənində baş vermiş qəza ilə bağlı qəbul edilib.

Qeyd edək ki, qəza nəticəsində 6 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri noram qiymətləndirilir.

Qəza ilə bağlı araşdırma başlayıb.