İstanbulda xəstəxanada güclü yanğın oldu - Fotolar+Video

5 Aprel 2018 19:28 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın qısa müddət ərzində bütün binanı bürüyüb. Yanğın böyük duman qatının yaranmasına səbəb olub.

Hadisə yerinə dərhal rəsmi şəxslər gəlib.

Yanğından heç kimin xəsarət almadığı bildirilib. Lakin dumandan kiminsə zəhərləndiyi ehtimal olunur.

Xəstəxananın Reanimasiya şöbəsində müalicə olunanlar da daxil olmaqla bütün xəstələr təxliyyə edilə bilinib.

Görüntüləri sizə təqdim edirik: