Ağdamda intihar etmək istəyən şəxs son anda qurtuldu (Fotolar)

5 Aprel 2018 19:48 (UTC+04:00)

AzNews.az APA-aistinadən xəbər verir ki, hadisə rayonun Quzanlı 1 qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini İsmayılov Sahib ərazidə olan yüksək gərginlikli elektrik xətti dirəyinə çıxaraq intihara cəhd edib. Hadisə şahidləri FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verib. Hadisə yerinə gələn FHN əməkdaşları S.İsmayılovla söhbət apararaq onu intihar fikrindən daşındırıblar.

Faktla bağlı araşdırma aparılır.