Məşqçilərimiz danışılmış oyunları müzakirə etdi

5 Aprel 2018 20:47 (UTC+04:00)

AzNews.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 6-dək davam edəcək seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edir.

Oyunların şəffaflığına nəzarət üzrə UEFA-nın məsul nümayəndəsi Nicholas Raudenski futbol qarşılaşmalarında nəticələrin manipulyasiyası cəhdləri və bununla mübarizə ilə bağlı seminarda mühazirə oxuyub, məşqçilərə müvafiq məlumatlar verib.