Misir türk seriallarına qadağa qoydu

6 Aprel 2018 10:08 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, yenidən Misir prezidenti seçilən Əbdülfəttah əl-Sisi Misirdə türk seriallarının yayımlanmasına icazə verməyib. Sisi bunu "Misir xalqı üçün təhdid" adlandırıb.

Misir kanalları da bu barədə əmr aldıqlarını açıqlayıb.